Superkubok zamanı  reklam xərcləri   rekord həddə çatır: 30 saniyədə 7 milyon dollar
09 fevral 2024 15:43 (UTC +04:00)

Superkubok zamanı reklam xərcləri rekord həddə çatır: 30 saniyədə 7 milyon dollar

Bu bazar günü başa tutacaq Superkubok üçün reklam xərcləri rekord həddə çatıb, dünyanın ən böyük şirkətləri məhsullarını milyonlarla tamaşaçıya çatdırmaq üçün böyük pul xərcləyirlər.

Milli Futbol Liqasının ilin ən böyük oyunu üçün 30 saniyəlik reklam çarxının orta qiyməti təxminən 7 milyon dollardır.

Lent.az  “The New York Times”ə istinadən xəbər verir ki, on il əvvəl eyni dövr üçün orta hesabla 4 milyon dollar olub.

“Associated Press”in məlumatına görə, reklamların əksəriyyəti keçən il 6-7 milyon dollar arasında satılıb.

Keçən ilki oyunda Dunkin üçün böyük büdcəli reklamlar, ev heyvanları üçün qida çatdırılması xidməti The Farmer's Dog, Amazon və bir neçə spirtli içki şirkətləri və digərləri nümayiş etdirilib.

Bu il CBS-də yayımlanacaq Superkubokun "Kanzas Siti Chiefs" in "San Fransisko Forti Nainers"lə mübarizəsini izləmək üçün on milyonlarla tamaşaçı toplayacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3657
avatar

Oxşar yazılar