Suarez 19 dəqiqədə het-trik etdi - VİDEO
10 noyabr 2023 17:45 (UTC +04:00)

Suarez 19 dəqiqədə het-trik etdi - VİDEO

Futbol üzrə Braziliya çempionatının 33-cü turunun matçında “Qremio” səfərdə “Botafoqo” üzərində əzmkar qələbə qazanıb (4:3).

Lent.az xarici mediaya istinadla bildirir ki, matçın əsas qəhrəmanı “Qremio”nun hücumçusu Luis Suarez olub. 36 yaşlı uruqvaylı 50, 54 və 69-cu dəqiqələrdə fərqlənərək 1:3 hesabı ilə 3 qol vurub.

Çempionluq uğrunda mübarizədə hər iki komanda üçün qarşılaşma həlledici olub. Qələbədən sonra “Qremio” qazandığı xalları çempionat boyu turnir cədvəlinə başçılıq edən “Palmeyras” və “Botafoqo” ilə bərabərləşdirə bilib. Maraqlıdır ki, “Qremio” ardıcıl 5-ci, “Botafoqo” isə ardıcıl 4-cü məğlubiyyətini alıb. Braziliya çempionatının başa çatmasına beş tur qalıb. Çempionluq titulu uğrunda mübarizədə altı komanda iştirak edir.

Suarez “Qremio”ya 2023-cü ilin yanvarında “Nasional”dan keçib. Porto Aleqre klubunda uruqvaylı bütün yarışlarda 48 oyun keçirib, 23 qol vurub və 16 məhsuldar ötürmə edib. Suarez qol və ötürmələrə görə Braziliya çempionatının ən məhsuldar oyunçusudur və turnirin ən yaxşı üç bombardirindən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9033

Oxşar yazılar

Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44
“Real” Xabi Alonsonun  təqdimat tarixini  müəyyənləşdirdi

“Real” Xabi Alonsonun təqdimat tarixini müəyyənləşdirdi

23 may 2025 , 15:55
Modriçin "Real"dan ayrılma səbəbi  məlum oldu

Modriçin "Real"dan ayrılma səbəbi məlum oldu

23 may 2025 , 12:15
İtaliyanın 3 klubu  "Mançester Yunayted"in oyunçusunu almaq istəyir

İtaliyanın 3 klubu "Mançester Yunayted"in oyunçusunu almaq istəyir

23 may 2025 , 10:23
Ulduz futbolçu "Fənərbağça"dan gedir

Ulduz futbolçu "Fənərbağça"dan gedir

22 may 2025 , 19:46
“Mançester Yunayted”də dörd futbolçu  qalacaq

“Mançester Yunayted”də dörd futbolçu qalacaq

22 may 2025 , 18:56