Hücumçu Luis Suares "İnter Mayami"yə keçməyə yaxındır.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə jurnalist Fabrizio Romano xəbər verir.
Mənbənin məlumatına görə, 36 yaşlı uruqvaylı yaxın vaxtlarda daha bir mövsüm uzadılmaq şərti ilə bir illik müqavilə imzalayacaq.
Suares 2023-cü il mövsümündə 33 oyunda 17 qol vurub və 11 məhsuldar ötürmə edib və Braziliya çempionatının ən yaxşı oyunçusu kimi tanınıb.