Stadnik yarımfinalda mübarizəni DAYANDIRDI
06 aprel 2024 21:25 (UTC +04:00)

Stadnik yarımfinalda mübarizəni DAYANDIRDI

0

Qadın güləşi üzrə Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirini lisenziyasız başa vurub.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, yarımfinala yüksələn yeganə təmsilçimiz Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarının bir addımlığında büdrəyib.

50 kq çəkidə çıxış edən 1/4 finalda Qabija Dilyute (Litva) üzərində 10:0 hesablı qələbə qazanan Mariya Paris-2024-ə vəsiqə verən yarımfinalda Oksana Livaça (Ukrayna) məğlub olub – 2:4.

Ona qədər digər güləşçilərimiz də lisenziya qazana bilməyiblər. Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kq) 1/4 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, aprelin 5-də keçirilən yunan-Roma güləşi yarışlarında da millimiz günü lisenziyasız başa vurub. Sabah isə sərbəst güləşçilər xalçaya çıxacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3273

Oxşar yazılar