Spaletti "Napoli"dən gedir?  Komandanın sahibi   DANIŞDI
21 may 2023 16:41 (UTC +04:00)

Spaletti "Napoli"dən gedir? Komandanın sahibi DANIŞDI

"Napoli"nin sahibi baş məşqçi Luçano Spalettinin İtaliya komandasını tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Lent.az xatırladır ki, Neapolitan klubu vaxtından əvvəl ölkə çempionatının qalibi olub. Bu, "Napoli"nin 1990-cı ildən bəri ilk tituludur.

“Əlbəttə, Lusiano qalsa, daha yaxşı olar, amma azadlıq misilsiz və əvəzsiz nemətdir, heç kimin qanadımı kəsmədiyi kimi mən də heç kimin qanadını kəsə bilmərəm. Əsas odur ki, şükür edək.”, - “La Gazzetta dello Sport”un xəbərinə görə, Aurelio De Laurentiis deyib.

Mətbuat Spalettinin Aurelio ilə münasibətlərinin korlandığını yazıb. Luçano daha uzun müqaviləyə razılıq vermək istəməyib və klubdan ayrılmaqda qərarlıdır. Müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün 64 yaşlı mütəxəssis 8 milyon avro cərimə ödəməli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Oxşar yazılar