Almaniya çempionatının 22-ci turunun oyununda "Bavariya" səfərdə "Bohum"a uduzub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş fevralın 18-i baş tutub və 3:2 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Qaliblərin qollarını Takuma Asano, Kevin Şlotterbek və Kevin Steger vurub. Münhenlilərin qollarına Camal Musiala və Harri Keyn imza atıb.
Bu məğlubiyyət "Bavariya"nın ardıcıl üçüncü, komandanın doqquz ildə ilk belə məğlubiyyətidir. Münhenlilər sonuncu dəfə 2015-ci ildə ardıcıl 3 dəfə məğlub olub.
22 turdan sonra 50 xalı olan "Bavariya" Almaniya çempionatında ikinci pillədə qərarlaşıb. Komanda lider “Bayer”dən 8 xal geri qalır.