Səhhətindəki problemlərə görə  istefa   verə bilər
22 fevral 2023 12:11 (UTC +04:00)

Səhhətindəki problemlərə görə istefa verə bilər

"Tottenhem"in baş məşqçisi Antonio Konte səhhətindəki problemlərə görə qısa müddət ərzində istefaya gedəcək.

Lent.az bildirir ki, bu barədə İngiltərə mətbuatı xəbər verir. 

Mənbənin sözlərinə görə, Kontenin vəziyyəti ona kluba rəhbərlik etməyə imkan verməyəcək, o, əvvəllər əməliyyat olunub.

“Brayton”un baş məşqçisi Roberto de Zerbi Kontenin varisi kimi namizədlərdən biri hesab olunur. Daha əvvəl de Zerbi ilə "Yuventus"un maraqlandığı bildirilirdi.

"Tottenhem" Premyer Liqada 42 xalla 4-cü yerdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Oxşar yazılar