"Santyaqo Bernabeu"nun yenidən qurulmasının  real dəyəri   AÇIQLANDI - Məbləğ  heyrətamizdir
06 aprel 2024 16:33 (UTC +04:00)

"Santyaqo Bernabeu"nun yenidən qurulmasının real dəyəri AÇIQLANDI - Məbləğ heyrətamizdir

Tanınmış ispan iqtisadçısı Hektor Moedano bildirib ki, “Santyaqo Bernabeu” stadionunun yenidən qurulması planlaşdırılandan müqayisə olunmayacaq dərəcədə baha başa gəlib.

Lent.az xarici KİV-ə istinadla məlumat verir ki, hələ 2017-ci ildə “Real” stadionunu təmir etməyi planlaşdırdığını açıqlasa da, bu planların həyata keçməsi bir neçə il çəkib.

“Real”ın stadionu 4 ay əvvəl açılmalı idi, lakin son tarix dəyişdirilib və rəsmi açılış gələn yaya planlaşdırılır. Bu müddət ərzində “Real” “Santyaqo Bernabeu”da oynayıb, lakin stadionun çox hissəsi bağlıdır və rəsmi açılışa qədər belə qalacaq.

Ancaq təkcə açılış tarixləri deyil, həm də maliyyə çərçivəsi dəyişib. İspaniyalı iqtisadçı Hektor Moedano “Santyaqo Bernabeu”nun yenidən qurulmasının nə qədər başa gəldiyini açıqlayıb.

Planlaşdırılan bir milyard avro dəyərinin əvəzinə, yenidən qurulması inanılmaz 1,8 milyard avroya başa gələcək və bu, onu dünyanın ən bahalı stadionuna çevirəcək.

Nəticədə, “Real” 2019-cu ildə illik 25,5 milyon funt-sterlinq ödəmə planı ilə 575 milyon avro kredit imzalayıb.

Yeni “Santyaqo Bernabeu” 85 000 tamaşaçı tutumuna malik olacaq və bu stadionu dünyanın 10-cu ən böyük stadionu edəcək.
 

# 3570
avatar

Oxşar yazılar

Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23