Santuş  bu millinin   baş məşqçisi oldu
24 yanvar 2023 17:29 (UTC +04:00)

Santuş bu millinin baş məşqçisi oldu

Portuqaliyalı mütəxəssis Fernando Santuş Polşa millisinin baş məşqçisi təyin olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Polşa Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb və əlavə edilib ki, komanda Avro-2024-ün seçmə mərhələsinin final mərhələsinə çıxacağı təqdirdə müqavilə avtomatik uzadılması nəzərdə tutulur.

Xatırladaq ki, Santuş bundan əvvəl Avro-2016-nın, eləcə də Millətlər Liqasının qalibi olduğu Portuqaliya millisinə rəhbərlik edib.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komanda Mərakeşə uduzaraq 1/4 final mərhələsini adlaya bilməyib, bundan sonra Santuş istefa verib.
 

# 1728
avatar

Oxşar yazılar