San-Marino millisi tarixdə ilk qələbəsini  qazandı -VİDEO
06 sentyabr 2024 14:21 (UTC +04:00)

San-Marino millisi tarixdə ilk qələbəsini qazandı -VİDEO

Rəsmi görüşdə qalib gəlmək üçün cırtdan dövlətə təxminən 200 oyun lazım olub.

Sentyabrın 5-də San-Marino tarixində qeyri-adi hadisə baş verib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu dövlətin milli futbol komandası rəsmi oyunlarda ilk qələbəsini qazanıb.

Bu, Millətlər Liqasının oyununda baş verib. San-Marino futbolçuları digər cırtdan dövlət Lixtenşteyn təmsilçilərini məğlub ediblər.

Görüşün taleyini 53-cü dəqiqədə 19 yaşlı Niko Culianonun vurduğu tək qol həll edib.

Qeyd edək ki, San-Marino əvvəllər heç vaxt rəsmi oyunlarda qalib gəlməyib, 5 heç-heçə edib, 171 məğlubiyyət alıb. Təəccüblü deyil ki, oyundan sonra futbolçular, məşqçilər və azarkeşlər sanki dünya kubokunu qazanmış kimi seviniblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar