Rusiyanın futbol millisinin İranla yoldaşlıq oyunu keçirməsinə "Spartak"ın keçmiş sahibi Leonid Fedunun həyat yoldaşı Zarema Salihova sərt reaksiya verib.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Salihova ironiya ilə danışıb:
"Rusiya komandası Pakistanla oynaya bilər, hələ Əfqanıstan və Belarus da var".
Qeyd edək ki, martın 23-də Tehranda İran və Rusiya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.