2026-cı il Dünya çempionatı Kriştiano Ronaldonun ən çox arzulanan kuboku qazanmaq üçün son fürsəti olacaq.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, “Nike” bu hadisəni qeyd etmək üçün xüsusi buraxılışlı Mercurial Vapor Superfly butsu buraxacaq.

“FootyHeadlines”in məlumatına görə, bu butsu 2009-cu il modelinə hörmət əlaməti olaraq metallik qızılı üst hissəyə, ağ Swoosh loqotipinə və dabanında "CR7 Mercurial" yazısına malikdir.
