Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo onu Londonun “Arsenal” klubuna keçməyə dəvət edən boks promouteri Frenk Uorrenin açıqlamasına gülüb.
Lent.az xarici mediayaistinadla bildirir ki, bir gün əvvəl beşqat “Qızıl top”un sahibi Kriştiano Ronaldo Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən boks turnirində tamaşaçı olub. Uorren deyib: "O, “Arsenal” ilə müqavilə imzalayır." Onun sözlərindən dərhal sonra Portuqaliya millisinin hücumçusu başını arxaya çevirərək yüksək səslə gülüb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında Kriştiano Ronaldo yalnız 2008-ci ildə Çempionlar Liqasının qalibi olduğu "Mançester Yunayted"də çıxış edib. Həmin ilin sonunda o, karyerasında ilk dəfə “Qızıl top”u qazanıb.