Ronaldo "Yuventus"a görə prokurorluqda ifadə verəcək
28 yanvar 2023 18:19 (UTC +04:00)

Ronaldo "Yuventus"a görə prokurorluqda ifadə verəcək

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo “Yuventus” işində ifadə verməyə hazırdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Yuventus”la bağlı təhqiqat koronavirus pandemiyası zamanı Ronaldo və digər oyunçuların maaş qalmaqalından sonra başlayıb.

Bu sənədlərdən birinə görə, “Yuventus”un Ronaldoya təxminən 19,5 milyon avro borcu var. Portuqaliyalı əvvəllər bu işdə ifadə verməkdən imtina edib.

Ronaldonun prokurorluq nümayəndələri ilə harada və nə vaxt görüşəcəyi hələlik məlum deyil. Lakin onun İtaliya, Madrid və ya Lissabonda baş tutacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932
avatar

Oxşar yazılar