“Əl-Nasr”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldou penaltilər istisna olmaqla, 714-cü qolunu vurub.
Lent.az xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunun “Əl-Fateh”lə matçının 17-ci dəqiqəsində baş verib.
Bununla da 39 yaşlı forvard penaltilər istisna olmaqla, 713 qolu olan "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messini qabaqlayır.
Ümumilikdə Ronaldo peşəkar karyerasında 1206 matçda 875, Messi isə 1047 matçda 821 qol vurub.