Ronaldo və Messinin qızıl dövrünün  sonu: 2003-cü ildən bəri İLK
06 sentyabr 2024 19:14 (UTC +04:00)

Ronaldo və Messinin qızıl dövrünün sonu: 2003-cü ildən bəri İLK

Prestijli siyahıya futbol əfsanələri daxil edilməyib

2003-cü ildən bəri ilk dəfə olaraq nə Lionel Messi, nə də Kriştiano Ronaldo “Qızıl top”a namizəd göstərilməyib. 

Lent.az xarici mediaya istinadən məlumat verir ki, argentinalı hücumçu və səkkizqat qalib keçən il öz rekordunu yaxşılaşdıraraq kuboku qazanıb.

Beş dəfə sorğu qalibi olan portuqaliyalı Ronaldo builki nüfuzlu mükafatı qazana biləcək 30 oyunçu siyahısında görünmür.

37 yaşlı Messi iyulda Argentina millisi ilə növbəti dəfə Amerika kubokunu qazanıb. "İnter Mayami"nin ulduzu iki il əvvəl Kərim Benzema mükafatı qazananda nominasiyalarda yox idi.

2024-cü ildə “Qızıl top”u qazanacaq favoritlər arasında Vinisius Junior, Cud Bellinqem və Rodri var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396
avatar

Oxşar yazılar