Ronaldo qol vurub elə sevindi ki, həbs olunacaq...
11 avqust 2023 20:05 (UTC +04:00)

Ronaldo qol vurub elə sevindi ki, həbs olunacaq...

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Ərəb Çempionlar Kubokunda “Əl-Şorta” ilə (1:0) qoldan sonra özündən çıxaraq Səudiyyə Ərəbistanının qanunlarını pozub.

Lent.az xarici mediaya istinadla bildirir ki, ölkədə ictimai yerlərdə xristian jestlərinin nümayiş etdirilməsinə icazə verilmir.

İndi 38 yaşlı futbolçu həbslə üz-üzədir. Hər hansı bir xristian jesti pozuntudur, çünki onları nümayiş etdirmək təbliğat kimi qiymətləndirilir.

Ronaldo ötən il dekabrın 30-da “Əl-Nəsr”də oynamağa başlayıb. Forvard müqaviləsi 2 il müddətinə imzalanır. Onun klubda illik maaşı 200 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3072
avatar

Oxşar yazılar