Ronaldo futbol tarixinin ən yaxşı klubunun  adını çəkdi
11 sentyabr 2024 09:48 (UTC +04:00)

Ronaldo futbol tarixinin ən yaxşı klubunun adını çəkdi

“Əl-Nəsr”in portuqaliyalı hücumçusü Kriştiano Ronaldo futbol tarixinin ən yaxşı klubunun adını çəkib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, bu barədə özünün YouTube kanalındakı videoda danışıb:

“Real çox gözəl görünür. Bu komanda təzyiq altında təlaşa düşmür. Çox adam deyir: “Çempionlar Liqasında bəxti gətirdi”. Xeyr, onların bəxti gətirmədi! Belə anlara hazırlaşırlar. “Santyaqo Bernabeu”nun fərqli aurası, fərqli enerjisi var. Mənim üçün bu, futbol tarixinin ən yaxşı klubudur.

Transferdən əvvəl bilirdim ki, təzyiqin öhdəsindən gələ bilərəm. Mən öz bacarığıma, gücümə və istedadıma inanırdım. Asan deyildi, çünki bura başqa ölkədir, mənim cəmi 24 yaşım var idi, hələ gənc idim. Amma eyni zamanda çox pozitiv idim.

Real Madrid dünyanın ən yaxşı klubudur. Mən “Mançester Yunayted”də etdiyim kimi, bu klubda da tarix yazacağımı söylədim. Bu, mənim üçün böyük sınaq idi və mən Real Madriddə oynamaqdan xoşbəxt idim”.

Kriştiano Ronaldo tarixdə rəsmi oyunlarda 901 qol vuran ilk futbolçu olub. Ronaldo “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nasr”da 68, millidə isə 132 qol vurub. Hücumçu futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının bombardiridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar