İyunun əvvəlində İngiltərədə qeyri-adi dünya çempionatı keçiriləcək.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, burada yaşı 35-dən yuxarı olan ulduz futbolçular iştirak edəcək. Onlar turnirdə səkkiz komandanı təmsil edəcəklər: Braziliya, Fransa, Almaniya, İtaliya, İspaniya, Uruqvay, Argentina və İngiltərə. Məlumdur ki, yarışı ötən il bir araya gələn keçmiş oyunçular və top idman iş adamlarından ibarət Elite Players Group (Elite Oyunçular Qrupu (EPG) təşkil edəcək. Üstəlik, hər bir ölkənin kapitanları EPG-nin yaradıcılarıdır.
Britaniyalıların bu cür futbol festivallarının təşkili baxımından nümunə götürəcəkləri birisi var. EPG Kuboku 2009-cu ildən Moskvada keçirilən beynəlxalq Legends Cup turnirini çox xatırladır. Xristo Stoiçkov, Françenko Totti, Marko Materatsi, Fabio Kannavaro, Cennaro Qattuzo və başqaları kimi keçmiş görkəmli oyunçular müxtəlif vaxtlarda Rusiyanın paytaxtına gəliblər.
Ulduzların toplaşacağı Dünya Kuboku üçün ilkin heyətlərə beş “Qızıl top”un qalibi – Maykl Ouen, Ronaldinyo, Kaka və Rivaldodan ibarət braziliyalı üçlük, həmçinin italiyalı Fabio Kannavaro daxildir.