"Roma"nın futbolçularının ona  xəyanət etdiyinə   inanır
06 fevral 2024 15:52 (UTC +04:00)

"Roma"nın futbolçularının ona xəyanət etdiyinə inanır

"Roma"nın keçmiş baş məşqçisi Joze Mourinyo İtaliya komndasının futbolçularından məyus olub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,, o, klubun ona xəyanət etdiyinə inanır.

Mənbənin məlumatına görə, buna səbəb Daniele de Rossinin tez bir zamanda futbolçuların dəstəklədiyi “qurdlar”ın baş məşqçi postuna təyin olunması olub.

Qeyd olunur ki, portuqaliyalı mütəxəssis etiraz əlaməti olaraq 2021/22 mövsümü üçün Konfrans Liqasının kubokunu qazanmasının xatirəsinə futbolçuların ona hədiyyə etdikləri üzüyü komandanın kapitanı Lorenso Pereqrininin soyunma otağında qoyub.

Joze Mourinyonun istefaya göndərilməsi yanvarın 16-da açıqlanıb. O, 2021-ci ilin may ayından klubda çalışırdı və komandanın 60-cı məşqçisi olub.

Bu mövsümdə “Roma” 23 turda 38 xal toplayıb və A Seriyasının turnir cədvəlində 5-ci yerdədir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3765
avatar

Oxşar yazılar