"Roma"nın baş məşqçisi öz futbolçusu ilə dava edib
29 avqust 2024 14:34 (UTC +04:00)

"Roma"nın baş məşqçisi öz futbolçusu ilə dava edib

“Roma”da böyük bir qalmaqal yaşanıb. Belə görünür ki, Artyom Dovbikin komandası A Seriyasında uğursuz startda günahkar axtarır və buna görə də klubda qeyri-sağlam ab-hava yaranıb.

Lent.az bildirir ki, “Giallorossi”nin məlumatına görə, son məşq zamanı “Roma” komandasının baş məşqçisi Daniele De Rossi yarımmüdafiəçi Brian Kristante ilə dava edib.

Dava hər ikisinin bir-birinin ünvanına bir neçə sərt ifadə işlətməsindən sonra başlayıb.

Qeyd edək ki, İtaliya çempionatının ilk iki turunda "Roma" 1 xal qazanıb. Son oyunda isə romalılar “Empoli”yə sensasiyalı şəkildə uduzublar.

Növbəti oyunda komanda "Yuventus"la qarşılaşacaq - oyun sentyabrın 1-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1733

Oxşar yazılar