“Fənərbaxça”nın sabiq futbolçularından Robin van Persinin Erediviziya komandasının baş məşqçisi olmağa hazırlaşdığı məlum olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, Hollandiya futbolunun əfsanəvi adlarından olan Robin van Persi ilə bağlı təəccüblü iddia ortaya atılıb. Peşəkar futbolçu karyerasında “Fənərbaxça”da da çıxış edən Robin van Persinin əsas komanda məşqçisi təcrübəsinə çox yaxın olduğu bildirilib.
Hollandiya mətbuatında yer alan xəbərə görə, Erediviziyanın “Heerenveen” komandasının Robin van Persini baş məşqçi təyin etməyi planlaşdırdığı deyilir. Bunun real olub-olmayacağına yaxın günlərdə aydınlıq gələcəyi qeyd edilib.
Bildirilib ki, “Feyenoord” gələn mövsüm Robin van Persini U21 komandasına rəhbər təyin etməyi planlaşdırır. Robin van Persinin indi A komandasını çalışdırmaq istədiyi bildirilir. Qeyd edilib ki, Arne Slotun idarəçiliyində olan “Feyenoord”un Robin van Persini baş məşqçi təyin etməsi çətin olub.
Robin van Persinin Erediviziyanın “Heerenveen” komandası ilə danışıqlara başladığı vurğulanıb.