Restoranda qələbəni  qeyd edən   “Qalatasay”lı futbolçular  arxa qapıdan   qaçdılar
05 noyabr 2026 19:07 (UTC +04:00)

Restoranda qələbəni qeyd edən “Qalatasay”lı futbolçular arxa qapıdan qaçdılar

0

"Qalatasaray"ın "Rams park"da "Ştutqart" üzərində 2-0 hesablı qələbəsindən sonra bəzi oyunçular Etilerdəki bir klubda qələbəni qeyd ediblər. 

Lent.az-ın xəbərinə görə, Mario Lemina, Lukas Torreyra və Barış Alper Yılmaz da daxil olmaqla oyunçular əyləncə yerindən çıxarkən obyektivlərə tuş gəliblər. Leminanın yanıb-sönən kameralara reaksiyası xüsusilə diqqət çəkib.

Galatasaraylı futbolcular galibiyet eğlencesi sonrası arka kapıdan çıktılar

Fotosunun çəkilməməsinə çalışan Torreyra sviterini başının üstündən çəkib maşına əyiləndə maraqlı anlar ortaya çıxıb.

Galatasaraylı futbolcular galibiyet eğlencesi sonrası arka kapıdan çıktılar

Çərşənbə axşamı "Rams park"da "Qalatasaray" "Ştutqart"ı 2-0 hesabı ilə məğlub edib. Mario Lemina, Lukas Torreyra və Barış Alper Yılmaz da daxil olmaqla bəzi oyunçular qələbəni qeyd etmək üçün Etilerdəki bir kluba gediblər. Geri qayıdarkən fotoları çəkilməyə başlayanda Lemina nədənsə çaşqınlığa düşüb. Şəkil çəkilməməsi üçün sviterini başının üstünə çəkib maşına minəndə az qalıb ki, şalvarı əynindən düşsün.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 84

Oxşar yazılar