"Real"ın keçmiş yarımmüdafiəçisi və sabiq baş məşqçisi Santyaqo Solari Madrid klubunun idman direktoru vəzifəsinə təyin olunub.
Lent.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Solari 2000-2005-ci illərdə "Real"da çıxış edib. O, oyunçu kimi komanda ilə birlikdə ikiqat İspaniya çempionu və 2001/02-ci illərdə Çempionlar Liqasının qalibi olub. Argentinalı mütəxəssis 2018-2019-cu illərdə Madrid komandasında baş məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında "Kral klubu" 2018-ci ildə klublararası dünya çempionu olub.
Qeyd edək ki, Solari futbol direktoru vəzifəsində Manuel Fernandesi əvəz edib.