“Real”ın hücumçusu “Qalatasaray” yolunda
04 dekabr 2021 08:41 (UTC +04:00)

“Real”ın hücumçusu “Qalatasaray” yolunda

“Real”ın hücumçusu Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvardın son addımı bunu deməyə əsas verir.

Serbiya millisinin üzvü onu heyətində görməkdə maraqlı olan “Qalatasaray”ı instaqramda izləməyə başlayıb. Bu isə “cim-bom” azarkeşlərini həyəcanlandırıb. Türkiyə mətbuatı futbolçu ilə klub arasında danışıqlarda irəliləyiş olduğunu vurğulayıb. “Kral klubu”nun da qışda onu icarəyə vermək istəməsi keçidin baş tutma ehtimalını artırır.

# 1350
avatar

Oxşar yazılar