“Real”da  əcnəbi futbolçu   qalmadı
28 oktyabr 2022 17:42 (UTC +04:00)

“Real”da əcnəbi futbolçu qalmadı

“Real”ın futbolçuları Rodriqo Qoes və Eder Militaoya İspaniya vətəndaşlığı verilib.

Apasport.az saytının məlumatına görə, artıq “kral klubu”nun heyətində Avropa Birliyinə üzv olmayan ölkədən legioner yoxdur.

İspaniya çempionatının qaydalarına əsasən, komandalarda Avropa Birliyi xaricindən 5 oyunçu yer ala bilər və oyunların iştirak ərizəsində onlardan üçü daxil etmək mümkündür. Madrid klubunun digər braziliyalı futbolçusu Vinisyus Juniora bu ilin yayında İspaniya vətəndaşlığı verilib.

Beləliklə, əcnəbi oyunçulara yer açan “Real” transfer bazarı üçün öz işini asanlaşdırıb.

Qeyd edək ki, həm Rodriqo, həm də Militao 2019-cu ildən “Real”ın formasını geyinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2778
avatar

Oxşar yazılar