“Real”a daha çox  nifrət edirəm   - "Barselona"nın keçmiş prezidenti
08 dekabr 2023 15:11 (UTC +04:00)

“Real”a daha çox nifrət edirəm - "Barselona"nın keçmiş prezidenti

"Barselona"nın keçmiş prezidenti Joan Qaspar "Real"a münasibətindən danışıb. 

Lent.az bildirir ki, bu barədə “Marca” xəbər verir.

 “Mən “Real”a “Espanyol”dan daha çox nifrət edirəm, ona nifrət yoxdur. İstəyirəm ki, “Espanyol” Primeraya yüksəlsin, “Real” isə Sequndaya getsin”, – Qaspar yerli radioda deyib.

Komandalar eyni şəhəri təmsil etdiyi üçün "Barselona"nın əsas rəqiblərindən biri “Espanyol”dur. Ötən mövsüm La Liqada mövsümü 19-cu yerdə başa vuran “Espanyol” Sequnda Divizionuna düşüb.

“Real” 121 illik fəaliyyətində heç vaxt Sequnda Divizionunda oynamayıb. “Kral” klubu 1947/48 mövsümündə 14 komanda arasında 11-ci yeri tutduqda aşağı liqaya ən çox yaxınlaşıb. 21-ci əsrdə Madrid klubu yalnız bir dəfə İspaniya çempionatını ilk 3-lükdən kənarda başa vurub.


Qaspar 2000-2003-cü illərdə "Barselona"nın prezidenti olub. “Mavi qranatlar” onun rəhbərliyi altında hər üç mövsümü İspaniya çempionatının ilk üçlüyündən kənarda başa vurub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3459
avatar

Oxşar yazılar