“Real” 2015-2021-ci illərdə “Kral klubu”nda çıxış etmiş 25 yaşlı "Arsenal"ın və Norveç millisinin yarımmüdafiəçisi Martin Odeqoru geri qaytarmaq istəyir.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransa çempionu PSJ də Martin Odeqorun xidmətində maraqlıdır.
Bu mövsüm Odeqor "Arsenal"ın heyətində bütün turnirlərdə 30 oyunda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Onun "Arsenal"la müqaviləsi 2028-ci ilin iyununa qədərdir.