“Leo ilə eyni komandada oynamaq onun rəqibi olmaqdan daha yaxşıdır”.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu PSJ-nin müdafiəçisi Serxio Ramos komanda yoldaşı Lionel Messi barədə danışarkən deyib.
Vaxtilə “Real”ın heyətində uzun illər Messili “Barselona”ya rəqib olan 35 yaşlı ispaniyalı onun hələ də yüksək səviyyədə oynadığını söyləyib: “O, ən yüksək səviyyədə çıxış etməyə davam edir. Bir çox təcrübəli oyunçular sübut edirlər ki, onları yaşa görə deyil, nəticələrə görə qiymətləndirmək lazımdır. Leo dünyanın ən yaxşı futbolçularından biridir”.
Ramos Argentina millisinin kapitanının DÇ-2022-yə ciddi hazırlaşdığını sözlərinə əlavə edib: “Argentinanın mundialı qazanmaq şansları barədə dəqiq nəsə deyə bilmərəm. Amma Leonun bu məqsədə nə dərəcədə diqqət yetirdiyini görə bilirəm. Dünya çempionatına zədəsiz və tam güclə yollanmaq üçün kimsə özünü gizlədirsə, bu, çıxış yolu deyil. Mən də, Messi də tam gücümüzlə işləməyi xoşlayırıq”.
Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 20-də start götürəcək.