“Əziz milli komandamızla vidalaşmağın vaxtı gəldi. Bu gün səhər mənə indiki baş məşqçidən zəng gəldi. O mənə dedi ki, indi məni heyətdə görnür və gələcəkdə də hansı səviyyədə çıxış etməyimdən və idmançı karyeramı necə davam etdirməyimdən asıı olmayaraq, yığmada olmayacağam".
Lent.az Apasport.az-a istinadla xəbər verir ki, bunu PSJ-nin müdafiəçisi Serxyo Ramos açıqlayıb.
36 yaşlı müdafiəçi daha İspaniya millisində oynamayacağını bildirib: "Çox təəssüf edirəm ki, bu, daha uzun olacağını ümid etdiyim bir macəranın sonu oldu. Belə bir sonluq komanda ilə birlikdə əldə etdiyimiz bütün uğurların yanında ağızda acı bir dad buraxır.
Təvazökarlıqla inanıram ki, bu karyera şəxsi qərarla və ya mənim oyunumun milli komandanın layiq olduğu oyuna uyğun gəlmədiyinə görə sona çatmağa layiq idi, yaşıma və ya eşitmədiyim, amma hiss etdiyim digər səbəblərə görə deyil”.
Qeyd edək ki, Serxyo Ramos 2005-ci ildən çıxış etdiyi İspaniya millisində 180 matç keçirib və 23 qol vurub. O bu milli ilə dünya və ikiqat Avropa çempionu olub.