İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xose Qvardiola komandanı Kataloniya "Barselona"sı ilə müqayisə etmək istəyinə nalayiq ifadələrlə cavab verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis müvafiq sorğunu söyüşlə cavablandırıb. O, “Barselona”ya rəhbərlik etdiyi müddətdə komandanın yaxşı və dinamik olduğunu bildirib. Eyni zamanda Qvardiola əlavə edib ki, “Mançester Siti” də eyni səviyyədə oynayır. “İngiltərədə qalib gəlmək çox çətindir. Amma uşaqlar bunu ildən-ilə bacarırlar”, - məşqçi vurğulayıb.
Yanvarın 15-də Qvardiola Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən 2023-cü ilin ən yaxşı məşqçisi seçilib. O, ikinci dəfə mükafata layiq görülüb.
“Vətəndaşlar” Qvardiolanın rəhbərliyi altında ötən mövsüm İngiltərə çempionu, ölkə kuboku və Çempionlar Liqasının qalibi olub. Kataloniya klubu ilə birlikdə 3 dəfə İspaniya çempionatını, iki dəfə də əsas avrokubok turnirini qazanıb.