Qənc məşqçi  intihar etdi:   Yeniyetmə qızı zorlamada ittiham olunurdu
28 mart 2024 19:28 (UTC +04:00)

Qənc məşqçi intihar etdi: Yeniyetmə qızı zorlamada ittiham olunurdu

22 yaşlı voleybol məşqçisi Ceyson Mazer 15 yaşlı qızı zorlamaqda günahlandırılıb. Məşqçi ittihamlardan xəbər tutandan az sonra intihar edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, gənc məşqçi Syosset şəhəri yaxınlığında özünü hərəkətdə olan qatarın altına atıb.

Faciədən bir neçə gün əvvəl, martın 21-də Mazer həbs edilib. Həbsindən qısa müddət sonra işlədiyi iki Lonq- Aylenda klubu onun fəaliyyətini dayandırmaq qərarına gəlib.

Həbsindən bir gün sonra 15 yaşlı yeniyetmə qızı iki dəfə zorlamaqda ittiham olunan məşqçi məhkəməyə gəlib. 22 yaşlı məşqçi ittihamlar üzrə özünü təqsirli bilməyib.

Hakimlər Mazerin azad edilməsi üçün 75.000 dollar girov təyin ediblər. Göstərilən məbləğ ödənilib və təqsirləndirilən şəxs həbsxanadan çıxıb.

Azadlığa çıxdıqdan bir gün sonra 22 yaşlı məşqçi intihar edib. Yerli polisin məlumatına görə, məşqçi intihar qeydi qoyub, lakin onun məzmunu açıqlanmayıb.

Məşqçinin növbəti dinləməsi apreldə keçirilməli idi. Onu 4 ilə qədər həbs cəzası gözləyirdi.
 

# 2436
avatar

Oxşar yazılar