Qazaxıstan – Azərbaycan   matçının yeri və saatı açıqlandı
06 aprel 2022 07:22 (UTC +04:00)

Qazaxıstan – Azərbaycan matçının yeri və saatı açıqlandı

0


Qazaxıstanın Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Slovakiya ilə ev oyunlarının yeri və dəqiq vaxtı müəyyənləşib.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, qazaxıstanlılar mövsümün ilk matçını iyunun 3-də millimizə keçirəcək.

Həmin oyun paytaxt Nur-Sultanda yerləşən “Astana Arena”da olacaq. Bundan 10 gün sonra Slovakiya ilə matç da eyni məkanda baş tutacaq. Hər iki görüş yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Qeyd edək ki, Millətlər Liqasında C Liqasının III qrupunda yer alan Azərbaycan yığması Qazaxıstan, Slovakiya və Belarusla qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1978

Oxşar yazılar