Qaraçılar   Olimpiya mükafatçısının  çantasını   oğurladılar
18 mart 2024 19:47 (UTC +04:00)

Qaraçılar Olimpiya mükafatçısının çantasını oğurladılar

Romada qaraçılar Yekaterinburqdan Olimpiya mükafatçısı Olesya Krasnomovetsin sənədləri və pulları olan çantanı oğurlayıblar. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, idmançı marafonda iştirak etmək üçün İtaliyaya uçduğunu bildirib.

“Mən sadəcə əsəb böhranı ərəfəsindəyəm. Bir dəqiqə belə burada olmaq istəmirəm. Evə getməyi çox istəyirəm. Sadəcə bir növ kabusdur”, - Krasnomovets “Instagram” səhifəsində bildirib. Onun sözlərinə görə, konsulluq zəngə cavab vermir.

İdmançı qeyd edib ki, o, çanta oğrularının yerini bildirən qulaqcıqlar sayəsində artıq müəyyən edib. Oğruların əşyaları qaytarmaqdan imtina edən bir qrup qaraçı olduğu üzə çıxıb.
 

# 2784
avatar

Oxşar yazılar