“Qarabağ”ın rəqibi BƏLLİ OLDU
11 dekabr 2021 19:33 (UTC +04:00)

“Qarabağ”ın rəqibi BƏLLİ OLDU

Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha bir cütü bəlli olub.

Lent.az apasport.az saytına istinadən xəbər verir ki, “Qarabağ”ın rəqibi “Keşlə” – “Qaradağ Lökbatan” görüşündə müəyyənləşib.

Öz meydanında 2:1 hesablı əzmkar qələbə qazanan elita təmsilçisi 1/4 finala yüksəlib. Həmin mərhələ çərçivəsində komandalar gələn il fevralın 1-də “Qarabağ”ın, 12-də isə “Keşlə”nin meydanında üz-üzə gələcək.

Qeyd edək ki, fevralın 2-də və 13-də 1/4 finalın “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” cütləri qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7017
avatar

Oxşar yazılar