Avropa Konfrans Liqasının pley-off mərhələsinin Bakıda keçirilən "Qarabağ" – "Xent" (Belçika) oyunundan əvvəl Türkiyə və Suriyada zəlzələ qurbanları unudulmayıb.
Lent.az-ın xəbərinə görə, matçdan əvvəl türkcə və ərəbcə "Yanınızdayıq" sözü yazılmış pankart qazon üzərinə gətirilib.
Saat 21:45-də başlayan matç isə 1 dəqiqəlik sükutla başlayıb.