Bu mövsüm avrokuboklarda ən çox mükafat qazanan klublar bəlli olub.
Lent.az bildirir ki, “Qarabağ” bu göstəricidə ilk 50 komanda arasında yer alıb.
Çempionlar Liqasında mübarizəyə başlayan Ağdam klubu Avropa Liqasında 1/8 finala vəsiqə qazanaraq 10 milyon 482 min avro gəlir əldə edib. Beləliklə, təmsilçimiz 47-ci pillədə qərarlaşıb.
"Qarabağ"ın 1/8 finaldakı rəqibi “Bayer” 13 milyon 790 min avro mükafat qazanaraq 34-cü olub.
Qeyd edək ki, cari mövsüm avrokuboklarda ən çox gəlir əldə edən komanda “Real Madrid”dir. İspaniya klubu 79 milyon 892 min 421 avro qazanıb. (Apasport.az)