“Qarabağ” Azərbaycan futbol tarixində yeni səhifə açıb.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsini adlayan Ağdam klubu Konfrans Liqasında pley-offa yüksəlib.
Ölkə futbol tarixində ilk dəfə təmsilçimiz mövsümün ikinci hissəsində də mübarizə aparacaq. Maraqlıdır ki, bu tarixi uğur bir hissədə qazanılıb.
Məsələ ondadır ki, “Qarabağ” qrup mərhələsindəki bütün qollarını ikinci 45 dəqiqədə vurub. İlk hissədə qolsuzluqla kifayətlənən, bəzən uduzan “Qarabağ” bütün uğurlu matçlarının taleyini ikinci yarıda həll edib.
Təsəvvür edin ki, oyunlar bir hissədən ibarətdir. Qarşılaşmalar fasilədə bitsəydi, Qurban Qurbanovun yetirmələri cəmi 2 xal toplayardı. 4 dəfə fasiləyə 0:1 hesabı ilə geridə yollanan komandamız 2 matçda qolsuzluqla kifayətlənib.
“Qarabağ” 1-ci hissədə
“Qarabağ” – “Bazel” – 0:0
“Omoniya” – “Qarabağ” – 1:0
“Qarabağ” – “Kayrat” – 0:1
“Kayrat” – “Qarabağ” – 0:0
“Qarabağ” – “Omoniya” – 0:1
“Bazel” – “Qarabağ” – 1:0
İkinci hissə komandası sayılan Ağdam klubu fasilədən sonrakı müddətdə 13 xal qazanıb. 4 dəfə hissəni qalib bitirən komanda yalnız “Bazel”lə bacarmayıb.
“Qarabağ” 2-ci hissədə
“Qarabağ” – “Bazel” – 0:0
“Omoniya” – “Qarabağ” – 0:4
“Qarabağ” – “Kayrat” – 2:0
“Kayrat” – “Qarabağ” – 1:2
“Qarabağ” – “Omoniya” – 2:1
“Bazel” – “Qarabağ” – 2:0