“Qarabağ”dan "Krasnodar"a transfer olan 26 yaşlı braziliyalı Kadi Borjes komandada Latın Amerikası oyunçuları ilə daha çox ünsiyyət qurduğunu etiraf edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, həyat yoldaşı ilə rus dilini öyrənmək niyyətində olduğunu açıqlayıb.
“Mən latın amerikalılarla ünsiyyət qururam. Biz eyni dildə danışırıq, bir-birimizin mentalitetini yaxşı tanıyırıq. Kayo ilə tez bir zamanda ümumi dil tapdıq, çünki ikimiz də Braziliyadanıq. Mən rus dilini demək olar ki, bilmirəm, ona görə də indiyə qədər ruslarla az ünsiyyət qururam. Bəli, mən artıq rus dili ilə tanışam, çünki “Qarabağ”da məşqçi danışırdı. Orada da bir çox oyunçu rusca danışırdı, ona görə də sizin danışığınız mənə tanışdır.
Düzdür, Azərbaycanda ingilis dilini öyrənməyə diqqət yetirdim, məşqçi də bu bu dildə danışırdı. Amma həyat yoldaşım mənimlə Rusiyaya köçən kimi rus dilini öyrənməyi planlaşdırıram. Bu mənim üçün çox vacibdir, biz onunla müəllimlə işləyəcəyik. İndi bir neçə söz deyə bilərəm: "Yaxşı, sağ ol, irəli, geri, təşəkkür edirəm, xahiş edirəm". Mən yaxşı başa düşürəm, amma danışmaq hələ də çətindir”, - Kadi yazıb.
“Transfermarkt”ın məlumatına görə, Kadi 2023-cü ilin yanvarında 2 milyon avroya "Qarabağ"dan Krasnodara keçib. Braziliyalı Azərbaycan komandasında 75 oyun keçirib, 28 qol vurub, 28 məhsuldar ötürmə edib.