UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviç həkim müayinəsindən keçib.
Lent.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, monteneqrolu yarımmüdafiəçinin sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.
Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.