Bu gün Konfrans Liqasında pley-offun püşkatma mərasimi keçiriləcək.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da rəqibinin müəyyənləşəcəyi tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Turnirin qrup mərhələsində ikinci yeri tutan komandalar Avropa Liqasının üçüncü yer sahibləri ilə 8 cüt təşkil edəcək. Öz qrupunda ikinci yerə sahib çıxanlar səpələnmiş olacaq. Onlar ilk matçı səfərdə, cavab görüşünü evdə keçirəcək.
Qurban Qurbanovun yetirmələrinin də yer aldığı digər səbətdə Avropa Liqasının üçüncüləri qərarlaşıb. Pley-offda eyni ölkə təmsilçiləri qarşılaşa bilməyəcək.
1/8 finalın oyunları 2023-cü ildə təşkil olunacaq. İlk matçlar fevralın 16-da, cavab görüşləri 23-də baş tutacaq. “Qarabağ” ilk görüşü Bakıda keçirəcək.
Səpələnmişlər (qrup ikinciləri)
“Anderlext (Belçika)
“Bazel” (İsveçrə)
ÇFR (Rumıniya)
“Dnepr-1” (Ukrayna)
“Fiorentina” (İtaliya)
“Gent” (Belçika)
“Lex” (Polşa)
“Partizan” (Serbiya)
Səpələnməmişlər (Avropa Liqasının qrup üçüncüləri)
“Qarabağ” (Azərbaycan)
AEK (Kipr)
“Bodo Qlimt” (Norveç)
“Braqa” (Portuqaliya)
“Latsio” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan)
“Şerif (Moldova)
“Trabzonspor” (Türkiyə)
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibi olan 8 komanda – “Alkmaar” (Niderland), “Yurgorden” (İsveç), “Başakşəhər” (Türkiyə), “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya), “Nitsa” (Fransa), “Vest Hem” (İngiltərə) və “Slovan” (Slovakiya) birbaşa 1/8 finaldan mübarizəni davam etdirəcək.