“Qarabağ” biletlərin qiymətini  açıqladı
05 avqust 2022 18:14 (UTC +04:00)

“Qarabağ” biletlərin qiymətini açıqladı

Azərbaycan Premyer Liqasının I turunda keçiriləcək “Qarabağ” – “Səbail” oyununun biletləri satışa çıxarılacaq.

Lent.az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, biletlər sabahdan satışda olacaq. Bu proses saat 11:00-dan oyun başlayanadək davam edəcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və “Azersun Arena”nın kassalarından əldə etmək mümkündür. Qapılar isə azarkeşlərin üzünə matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, sabah “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Səbail” oyunu saat 20:00-da başlayacaq.

# 2208
avatar

Oxşar yazılar