Portuqaliya çempionatının ikinci mühüm divizionunun oyununda "Benfika 2"nin qapıçısı Samuel Suareş meydanın öz yarısından endirdiyi zərbə ilə möhtəşəm qola imza atıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Suareş rəqib qapısına məqsədyönlü zərbə endirib.
Top üst dirəyi aşıb “Trofenşe”nin qapıçısının arxasından tora uçub. Səkdirmə nəzərə alınaraq, qol “Trofenşe” qapıçısı tərəfindən avtoqol kimi qeydə alınıb. Bu qolun videosu sosial şəbəkələrdə böyük rezonans doğurub.
Qeyd edək ki, qapıçı Samuel Suareşin qolu "Benfika"nın görüşdə hesabı bərabərləşdirməysinə imkan verib. Daha sonra lissabonlular ikinci qolu vurub. Görüş “Benfika-2”nin qələbəsi ilə başa çatıb.