“Qalatasaray”dan  derbi qələbəsi
15 mart 2022 06:38 (UTC +04:00)

“Qalatasaray”dan derbi qələbəsi

Türkiyə Super Liqasında XXIX tura yekun vurulub.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, turun son oyunu İstanbulda baş tutub.

“Qalatasaray” derbidə “Beşiktaş”ı qəbul edib. “Sarı-qırmızılar” matçın taleyini ilk yarıda həll etməyi bacarıb.

Kərəm Aktürkoğlu iki dəfə Mostafa Mohamedin ötürmələrini qola çevirib. O, öncə 22-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra fərqi iki topa çatdırıb – 2:0.

“Ağ-qaralar” ikinci hissədə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Rizvan Yılmaz hakimin final fitinə 3 dəqiqə qalmış fərqlənib. Lakin “Qalatasaray” 2:1 hesablı üstünlüyünü qorumağı bacararaq üç xal əldə edib.

Qeyd edək ki, bu nəticədən sonra “Beşiktaş” 45 xalla 8-ci, “Qalatasaray” 38 xalla 11-cidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1829

Oxşar yazılar