PSJ rəhbərliyi Tomas Tuxeli baş məşqçi postuna qaytarmaq variantını ciddi şəkildə nəzərdən keçirir.
Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Olivye Tallaronun sözlərinə görə, 49 yaşlı almaniyalı mütəxəssis iki mövsüm yarım PSJ-də çıxış edib. Bu müddətdə komanda iki dəfə Fransa çempionu olub və tarixində yeganə dəfə Çempionlar Liqasının finalına çıxıb və burada “Bavariya”ya uduzub. Tuxel 2020-ci ilin dekabrında idman direktoru Leonardo ilə fikir ayrılığına görə işdən çıxarılıb.
PSJ-dən ayrıldıqdan sonra Tuxel təyinatından 6 ay sonra Çempionlar Liqasının qalibi olduğu "Çelsi"yə rəhbərlik edib. Bu mövsümün əvvəlində məşqçi İngiltərə klubundan qovulduğu üçün hələ də işsizdir.
Daha əvvəl Tuxelin İspaniya klubuna rəhbərlik etmək istədiyi bildirilirdi.