PSJ "Real"ın əsas hücumçusunu  alır
07 iyul 2025 09:39 (UTC +04:00)

PSJ "Real"ın əsas hücumçusunu alır

PSJ "Real Madrid"in hücumçusu Rodriqonu transfer edə bilər.

Lent.az xəbər verir ki, Paris klubu artıq 24 yaşlı braziliyalının düşərgəsi ilə əlaqə saxlayıb, transfer ehtimalına aydınlıq gətirib.

Daha əvvəl “Əl-Nəsr”in futbolçu ilə maraqlandığı, “Real”ın isə digər klublardan gələn transfer təkliflərini nəzərdən keçirməyə hazır olduğu haqda məlumat yayılmışdı.

Ötən mövsüm Rodriqo bütün turnirlərdə 51 oyuna çıxıb, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

Xabi Alonso “Real Madrid”ə qoşulduqdan sonra Rodriqoya Klublararası Dünya Çempionatında minimum oyun vaxtı verilib və əsas heyətdən kənarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar