Argentinanın "River Pleyt" və "Nasional"ın keçmiş baş məşqçisi Marselo Qalyardo PSJ-nin yeni baş məşqçisi olmağa hazırlaşır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə tanınmış italyan jurnalist Nikolo Şira öz “Twitter” səhifəsində yazıb.
Mənbənin sözlərinə görə, Qalyardonun namizədliyini parislilərin rəhbərliyi Zinəddin Zidanla bərabərhüquqlu PSJ-nin hazırkı baş məşqçisi Kristof Qaltyenin əvəzedicisi kimi dəyərləndirir. Argentinalı mütəxəssis yaydan Fransanın əsas klubunda işə başlaya bilər.
Qeyd edək ki, Qalyardo futbolçu olarkən PSJ-də çıxış edib. Argentinalı 2008/2009 mövsümünü Parisdə keçirib. Qalyardo üçün PSJ karyerasında iki Avropa klubundan biri olub. İkincisi də Fransa Liqa 1-in klubu "Monako" olub. Qalyardo 2022-ci ilin dekabr ayının sonunda “River Pleyt” dən ayrılıb.