PSJ komandanın hücumçusu Kilian Mbappeyə yeni müqavilə təklif etmək istəmir. Onun komanda ilə hazırkı müqaviləsi bu yay başa çatır.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, mənbənin məlumatına görə, PSJ bossları futbolçu üçün yeni müqavilə imzalamaq imkanını nəzərdən keçirmir.
Bununla belə, klub fransızdan müqavilənin avtomatik olaraq 2025-ci ilə qədər uzadılması bəndini aktivləşdirməsini istəyir. Bu baş verməsə, 2024-cü il yanvarın 1-dən istənilən klub hücumçu və onun agentləri ilə danışıqlara başlaya biləcək.
Bu mövsüm futbolçu bütün yarışlarda 15 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib.