Paris Sen-Jermen Kilian Mbappenin ayrılacağı təqdirdə yayda aktiv transfer siyasəti aparacaq.
Lent.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Ben Ceykobs məlumat yayıb.
Mənbənin məlumatına görə, fransalının əvəzediciləri arasında “Napoli”dən nigeriyalı forvard Viktor Osimhen, “Mançester Yunayted”də çıxış edən ingilis Markus Reşford və “Milan”dan portuqaliyalı cinah müdafiəçisi Rafael Leau var.
Daha əvvəl mətbuatda parislilərin hücumçu Benjamin Şeşko (“RB Leypsiq”), yarımmüdafiəçilər Qavi (“Barselona”) və Bernardo Silva (“Mançester Siti”) ilə maraqlanmaqda davam etdiyi barədə xəbərlər yayılıb. PSJ-nin qısa siyahısında “Nyukasl Yunayted”in braziliyalı müdafiəçi yarımmüdafiəçisi Bruno Gimaraes də var.