Prokurorluq "Yuventus"la bağlı bunları araşdırır
24 fevral 2023 11:36 (UTC +04:00)

Prokurorluq "Yuventus"la bağlı bunları araşdırır

İtaliyanın Turin şəhər prokurorları “Yuventus”un “Atalanta” və “Udineze” ilə sövdələşmələrini araşdırır.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, prokurorlar “Yuventus”un maliyyə hesabatlarında lazımi rəqəmləri əldə etmək üçün bu klublardan bank kimi istifadə etdiyinə dair sübutlar tapıblar. A seriyasında qeydə alınmayan gizli razılaşmalar aşkarlanıb.

Xüsusən də, “Yuventus”un 2016-cı ilin yanvarında 9 milyon avroya Rolando Mandraqoranı transfer etməsi şübhələri artırıb.

Lakin iki il sonra biankoneri Mandraqora ilə yenidən müqavilə imzalayıb, 10 milyon avro və daha 6 milyon avro bonus ödəyib. Hazırda “Fiorentina”da çıxış edən Mandraqora, atası (oyunçunun agenti), “Udineze”nin vitse-prezidenti Stefano Kampokçia və “Yuventus”un keçmiş direktoru Mauritsio Lombardo şahid qismində dindiriləcək.

Həmçinin “Yuventus” və “Atalanta” arasında maliyyə hesabatlarına daxil edilməyən, ümumilikdə 14,5 milyon avro dəyərində dörd şübhəli əməliyyatın araşdırılması planlaşdırılır. Söhbət Federiko Matiello (4 milyon avro), Simone Muratore (4 milyon avro), Mattia Kaldara (3,5 milyon avro) və Kristian Romeronun (3 milyon avro) transferlərini almaq öhdəliyindən gedir.

İş üzrə məhkəmənin hazırlıq iclası martın 27-nə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398
avatar

Oxşar yazılar